Fransada ənənəvi Kann kinofestivalının açılışı baş tutub. Qırmızı xalı yenə onlarla dünya ulduzunun keçidinin şahidi olub. Gözəllər həm geyimləri, həm də gözəllikləri ilə göz oxşayıblar.
Onların arasında Natali Portman, Lyupita Nionq, Culiana Mur, Naomi Uotts və başqaları olub.
Festival az qala moda baxımından daha böyük diqqət cəlb edib, nəinki kino.
Festival may ayının 25-dək davam edəcək. "Qızıl palma budağı" uğrunda 19 film mübarizə aparacaq. Festivalın nəticələrini başda amerikalı rejissor İtan və Coel Koen olmaqla müsiflər heyəti təhlil edəcək.
Hələlik isə qırmızı xalının ən şık gözəllərini təqdim edirik:
1. Naomi Uots "Elie Saab"ın dizaynı olan geyimi ilə göz oxşayıb. Boz rəngli geyim tüklərlə bəzədilib. Dekolte hissəsini briliyantlarla bəzədilən "Bulgari" boyunbağı ilə tamamlayıb. Qolbaq və üzüyün də daxil olduğu kolleksiya ilk dəfə təqdim edilib.
2.Lyupita Nionq - uzun "Gucci" geyimi ilə o hamını heyrətləndirə bilib. Zümrüd rəngli geyim məxsusi olaraq aktrisa üçün hazırlanıb. İncə belini nazik kəmərklə vurğulayıb.
3. Natali Portman - açılışa həyat yoldaşı ilə qatılıb. Onun geyimi xüsusi diqqət cəlb etməsə də, ən gözəllər sırasına düşə bilib. Qırmızı uzun sadə donu ilə o göz oxşayıb. Onun final ştrixti "De Grisogono"dan olan zərgərlik nümunələri olub. 


4. "Oskar"lı aktrisa Culliana Mur - o "Armani Privé" geyimini seçib. Bəzəklər, tüklər geyimə xüsusi dəbdəbə qatıb. Aktrisa dekolte hissəsini açıq saxlamağa üstünlük verib. Amma bunun əvəzində iri zümrüd sırğalar taxıb.
5. Sienna Miller - müsifə xas olan sadə, lakin ciddi geyimlə gəlib. 

6. Bar Rafaelli - gecənin ən pis seçimini edib.
7. Frederique Bel - fransız aktrisa gecənin ən cəsuru olub. Paltar ancaq güpürdən hazırlanıb. 


8. Model Karli Kloss zaman-zaman geyiminə görə çətin vəziyyətdə qalıb. O, həm də baxışların əsas hədəfi idi. 

Cia.az


