banner
banner

Sosİal

Bakının bu rayonlarında binalar söküləcək

Bakının bu rayonlarında binalar söküləcək

Bakıda ən çox qəzalı vəziyyətdə olan bina Nəsimi, Nərimanov, Yasamal, Səbail rayonlarındadır. Qəzalı, istismar müddətini başa vurmuş binaların söküntüsü başlasa bu rayonlardakı əksər binalar söküləcək.

Bu sözləri tribunainfo.az-a əmlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, ölkə üzrə ən pis şəhərsalma Bakı şəhərindədir. Hazırda Bakı öz içindən böyüməkdədir:

"Bakı ətrafı boş qalıb, içərilər isə həddən artıq yüklənib. Bakıda həddindən artıq istismar müddətini başa vurmuş qəzalı bina var. Bu binaların söküntüsü başlasa Bakının mərkəzi rayonlarının əksər binaları sökülməlidir. Hazırda ən çox qəzalı vəziyyətdə olan bina Nəsimi, Nərimanov, Yasamal, Səbail rayonlarındadır.

Bu rayonlarda həm istismar müddəti bitmiş, həm dəm plansız şəkildə inşa edilmiş yeni hündürmərtəbəli binalar çoxdur. Bu rayonlarda hətta bəzi yerlərdə qəzalı bina ilə yeni inşa edilən bina o qədər yaxındır ki, qəzalı binaya bir şey olacağı təqdirdə yanındakı yeni binada ziyan görəcək.

Qəzalı binaların sökülməsi ilə bağlı qərar verilsə qeyd etdiyim rayonlarda əksər binalar söküləcək"



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.