Azərbaycan dünyada Talessemiya xəstələrinin çoxluq təşkil etdiyi 4-cü ölkədir.
Respublika Diaqnostika Mərkəzindən ANS TV-yə verilən məlumata görə, irsi qan xəstəliklərindən əziyyət çəkənlərin azərbaycanda çoxluq təşkil etməsi, yeni doğulan körpələrdə müxtəlif formalarda qan xəstəliklərinin yaranmasına səbəb olur. Belə olan halda müxtəlif yaş qruplarından olan insanlar habelə yeni evlənəcək cütlüklərin genetik labaratoriyada qan analizləri verərək qan xəstəliklərini vaxtında aşkarlaması mütəxəssislər tərəfindən labüd hesab olunur.
Genetik labaratoriyanın həkimi Elxan Rəsulovun sözlərinə görə, Azərbaycanda Talessimiyalar – Beta, Alfa yüksək gen sıxlığındadır: "Əgər iki gəncin hər ikisi xəstəliyin daşıyıcı olarsa, onda xəstəliyin yaranma riski onlarda 25 faiz olur. Yəni 4 uşaqdan biri xəstə ola bilər. Gənclərə tövsiyəm ondan ibarətdir ki, problemdən qaçmasınlar, əgər belə bir xəstəlik varsa, problemə qarşı gedib onu aşkar edərək aradan qaldırsınlar”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.