banner
banner

Gündəm

Kəmaləddin Heydərov iki rəis müavinini İŞDƏN ÇIXARDI

Kəmaləddin Heydərov iki rəis müavinini İŞDƏN ÇIXARDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti rəisinin iki müavini vəzifəsindən azad edilib.

Cia.az “qaynarinfo”ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Tibb Xidmətinin Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovniki Salman İsrafil oğlu Məmmədov yaşa görə təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Tibb Xidməti rəisinin müavini, tibb xidməti mayoru Tale Nadir oğlu Əlirzayev də vəzifəsindən azad olunub. O, Tibb Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Tibb Mərkəzində həkim kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, polkovnik Salman Məmmədov 05.05.1964-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. Mayor Tale Əlirzayev isə 25.07.1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda dünyaya gəlib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.