banner
banner

Şou

"Alınmadı, artıq gecdir" - Xatirə İslam

"Alınmadı, artıq gecdir" - Xatirə İslam

"İkinci övlad istəyirdik, alınmadı. Yenidən ana olmaqdan imtina etdim. Belə başa düşürəm ki, artıq gecdir. Amma çox istəyirdim ki, övladım olsun. Çox əziyyət çəkdik".

Bu sözləri müğənni Xatirə İslam "Tarixin bir günü" verilişində qonaq olarkən deyib.

İfaçı ikinci dəfə ana olmaq üçün müalicələr aldığını və buna səbəbdən 25 kiloqram kökəldiyini etiraf edib:

"İkinci dəfə ana olmaq istəyirdim, 25 kiloqram kökəldim. Kökəlmək mənim işimə də ziyan vurdu. İstədiyim kimi işlərimi görə bilmədim, istədiyim geyimləri geyinə bilmədim. İstər maddi, istərsə də mənəvi tərəfdən əlimdən gələni etdim ki, ikinci dəfə ana olum. Müalicə üçün xarici ölkələrə getdim, aylarla orada qaldım.

Hərdən oğlum Emilə deyirəm ki, bax, qız övladım yoxdur. Sən mənə kömək et. Sən mənim oğlum, dostum, yoldaşımsan. Məni incitmə. Mənim qızım yoxdur. Mənə kömək ol".

Qeyd edək ki, Xatirə  Fəxrəddin Musazadə ilə ailəlidir. Cütlüyün Emil adlı bir oğlu var. (Axşam.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.