banner
banner

Gündəm

AA seriyalı maşınla səkini zəbt edən kimdir? - FOTO

AA seriyalı maşınla səkini zəbt edən kimdir? - FOTO

Paytaxtın müxtəlif ərazilərində dayanma-durma qaydalarını pozan sürücülərə rast gələ bilərik. Hətta elə küçələr var ki, piyadalar üçün ayrılmış səkilər daim avtomobillərin parkinq zonasıdır. Belə ki, qayda pozan sürücülər nəqliyyat vasitələrini eyni ərazidə hər gün saxlayır, yaxud günlərlə, həftələrlə səkini zəbt edir.

Bakının Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınmış görüntü elə işıqlandırdığımız problemlə birbaşa bağlıdır. 

Cia.az xəbər verir ki, avtosfer.az-a müraciət edən izləyici bu ərazidə hər gün eyni vəziyyətlə qarşılaşdığını iddia edib. Onun sözlərinə görə, gün ərzində ən azı 3-4 avtomobil səkidə parklanır və piyadaların hərəkətinə çətinlik yaradır. Görüntüdən aydın olduğu kimi, 99-AA-357 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobil xəstəxananın önündəki səkidə park edilib. Nəticədə səkidən istifadə edən piyadalar məcbur qalaraq yola çıxıblar.

Məlumata görə, fotoşəkildəki maşın "Tornado” mühafizə şirkətinə məxsusdur. Bu avtomobilin müxtəlif qayda pozuntuları törətməsiylə bağlı mətbuatda xəbərlər dərc olunub. 

Qeyd edək ki, "Tornado” mühafizə şirkətinin rəhbəri Səbuhi Abdullayevdir.

Xatırladaq ki, bu xətaya görə, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən sürücü 20 manat cərimə ödəmək məcburiyyətindədir.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.