“Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev sosial şəbəkələrdə canlı yayımda vətəndaşların müraciətlərini qəbul edib, qaz təchizatına dair yaranmış problemləri, irad və təklifləri dinləyib.
Cia.az xəbər verir ki, Ruslan Əliyev bildirib ki, rekord həcmdə qaz qəbul edib:
“24 yanvar tarixinə “Azəriqaz” sutkalıq 48 milyon kubmetr qaz qəbul edib ki, bu da rekord bir göstəricidir. Keçən ilin eyni gününə nisbətən 8 milyon kubmetr artıq qaz qəbul olunub”.
Ruslan Əliyev qeyd edib ki, hazırda ölkə üzrə qaz təchizatı ilə bağlı ciddi bir problem yoxdur. “Bir-iki yerdə kiçik bir qəzalarımız olub və onlar aradan qaldırılıb” deyə, qurumun rəsmini bildirib.
Sədr əlavə edib ki, Azərbaycanda əhali qrupu üzrə abonentlər üçün tətbiq olunan qaz istifadəsi limitlərinin ləğvi məsələsi gündəmdə deyil.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.