banner
banner

Sosİal

Bazar günü Bakı heyrətləndirəcək

Bazar günü Bakı heyrətləndirəcək

Bakı 2015 bazar günü, mayın 17-də oyunların bir gününü canlandırmaqla, Avropa Oyunları zamanı əməliyyatlara hazırlığı sınaqdan keçirəcək.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən (BAOƏK)verilən məlumata görə, Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunan simulyasiya tədbiri altı saat ərzində - 08:00-dan 14:00-a qədər davam edəcək.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması halı nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayı artacaq. Buna səbəb isə, iyunun 12-də start götürəcək Avropa Oyunları üçün, Bakı 2015-in hazırladığı əməliyyat proqramlarını sınaqdan çıxarmaqdır.
Bakı 2015 Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatı əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur:

- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə;
- Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyətinin internet səhifələri;
- Radio, sayt və facebook səhifəsi də daxil olmaqla NİİM-in əlaqə kanalları.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.