banner
banner

Gündəm

Həcc ziyarəti ilə bağlı XƏBƏRDARLIQ - 6 aya qədər həbs, 13 min dollar CƏRİMƏ

Həcc ziyarəti ilə bağlı XƏBƏRDARLIQ -

Səudiyyə Ərəbistanı hakimiyyəti xarici vətəndaşlara və sakinlərə 2024-cü il Həcc ziyarətində qeyri-qanuni iştiraka görə mümkün cəzalar barədə xəbərdarlıq edib.

Cia.az xəbər verir ki, bu barədə BƏƏ-nin “Gulf News” qəzeti Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. 

Qeyd olunub ki, Həcc icazəsi olmayan şəxslər 2 aydan 6 aya qədər həbs və 50 min rial (13,3 min dollardan çox) məbləğində cərimələnə bilərlər.

"Bununla bağlı saxlanılan əcnəbiləri deportasiya və 10 il ölkəyə giriş qadağası gözləyir", - bəyanatda deyilir.

Bundan əlavə, zəvvarlara “qanunsuz maliyyə yardımı”nda iştiraka görə mümkün cəzalar barədə xəbərdarlıq edilib.

Bu cür pozuntulara görə 7 ilə qədər həbs və 5 milyon Səudiyyə rialına (1,3 milyon dollar) qədər cərimə nəzərdə tutulur.

Musavat.com

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.