banner
banner

Gündəm

İcra başçısı və aparıcıdan toyda qonaqlara QADAĞA

İcra başçısı və aparıcıdan toyda qonaqlara QADAĞA

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparıcı Alidə Mustafayevanın ötən gün toyu baş tutub.

Cia.Az xəbər verir ki, şəhər restoranlarının birində keçirilən məclisdə aparıcılar, şou-biznes nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.

Məclisdən qonaqlar fotolar videolar paylaşıb. Amma gəlin və bəylə foto çəkdirən olmayıb. Belə ki, toyda qonaqlara gəlin və bəyin fotosunun paylaşılmaması ciddi şəkildə tapşırılıb. Hətta bunun üçün xüsusi mühafizəçilər də tutulub. 

Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onun bu nikahdan dörd övladı var. Cütlük iki il əvvəl boşanıb. 

Alidə Mustafayeva ATV, ANS TV və İTV-də çalışıb. Hazırda isə AzTV-də aparıcıdır, eyni zamanda “Aztelekom” MMC və “Baktelecom” MMC-nin mətbuat katibi vəzifəsində çalışır. \Axsam.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.