Məclisdə Əminə ilə Vüqar arasında dava düşdü: "Kişi-qadın bilmir..."
Müğənni Əminə Şirinov meyxanaçı Vüqar Əbdülov arasında məclislərdən birində dava düşüb.
Cia.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda Əminə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, yaranan mübahisə böyük davaya gədər çatıb:
"Onlar kişi-qadın bilmir. Mən danışanda, deyirlər danışır. Lazım gələndə hansısa ifaçının məclisində pulsuz oxumuşam. Ölkədə vokalçı kimi yaxşı ifa edə bilən iki müğənni var: biri Natavan Həbibi, digəri mən. Bilirlər ki, Natavana yığsalar getməyəcək. Mən isə hamıda pulsuz oxumuşam. Məndən nəsə istəməzdən əvvəl arada yığın ki, necəsən?
Zəng vurdu, dedim ki, nəsə istəməzdən əvvəl hal soruş. Kimsə deyə bilməz vokalçı kimi oxuyanda pul almışam. Bircə mənə Röya Ayxan dəstək olub. Vüqar zəng etdi ki, dur gəl oxu. Getmədim.
Sonra anamla bir məclisə getmişdik. Ondan böyük hörmətsizlik gördüm. Beş qat artıq cavabını aldı. Olmaz bunu etmək. Mübahisə davaya gəlib çıxdı".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.