Arif Hacılı: “Xalqın müqaviməti konstitusiyaya zidd olan qərarların ləğvi ilə nəticələndi”;Pənah Hüseyn: “Bu, dünyada ilk dinc xarakterli inqilab oldu”
İsgəndər Həmidov: “İndi belə inqilablara nə şərait, nə də zaman var...”;Səfər Hümbətov: “Xəyanətlərlə dolu olan proseslər baş verirdi...”
1992-ci ilin 15 mayında Azərbaycanda baş verən “məxməri inqilab”dan 23 il ötdü. Həmin dövrün hadisələri dünyanın ilk dinc inqilablarından hesab olunur. Amma bunu başqa cür təqdim edənlər də var.
Amma həmin tarixə qısa nəzər salsaq, reallıqları görmək mümkündür. Xocalı faciəsindən sonra - martın 6-da Ayaz Mütəllimov vəzifəsindən istefa verir. Lakin mayın 14-də o, yenidən hakimiyyətə gəlir. Ali Sovet onun prezident vəzifəsinə bərpa olunması barədə qərar verir. Buna etiraz edən AXC fəalları parlament binasının önünə yürüş edirlər. Nəticədə hakimiyyət demokratik qüvvələrin əlinə keçir. Heç bir insan tələfatı olmadan xalqın tələbi ilə baş verən hakimiyyət dəyişikliyi SSRİ məkanında ilk “məxməri inqilab” kimi tarixə düşür.
23 il öncəki hadisələrin fəal iştirakçılarından olan Müsavat başqanı Arif Hacılı həmin dövrü belə xatırlayır: “Həmin dövr Azərbaycanda gərgin və qarşıdurmalarla zəngin bir dönəm idi. May ayının 14-də Azərbaycan Ali Sovetinin kommunist çoxluğu qərar çıxararaq, ölkədə siyasi fəaliyyətin durdurulması, fövqəladə vəziyyətin elan edilməsi, prezident seçkilərinin təxirə salınması, azad mətbuatın və siyasi təşkilatların ləğv edilməsi barədə qərarlar qəbul etdi. Azərbaycan Xalq Cəbhəsi bu qərarlara etiraz edərək, xalqı konstitusiyanın müdafiəsinə çağırdı. Baş verənlərin Azərbaycanın Konstitusiyasına və dövlət maraqlarına zidd olduğunu bəyan edildi. Xalqı müqavimət hərəkatına çağırdıq. Yüz minlərlə insan çağırışımıza qoşuldu. Parlament binası üzərinə yürüş etdik. Bu ölkədə hakimiyyətin dəyişməsi və eyni zamanda, qeyd etdiyim konstitusiyaya zidd olan qərarların ləğvi ilə nəticələndi”.
Müsavat başqanı Azərbaycanda yenidən bu cür inqilabın mümkünlüyü barədə də danışdı: “Bir çox hallarda Azərbaycana Serbiyada, digər Şərqi Avropa ölkələrində baş verən ”məxməri", “narıncı” inqilabları, eyni zamanda Gürcüstanda baş verən “qızılgül inqilabı”nı nümunə göstərirlər. Unutmaq olmaz ki, ilk dinc inqilab 1992-ci ilin 15 mayında Azərbaycanda baş verib. Əgər belə bir inqilab dünyanın bir çox ölkələrindən əvvəl Azərbaycanda olubsa, təbii ki, onun yenidən baş tutması mümkün və realdır".
AXC hakimiyyətinin baş naziri olmuş Pənah Hüseyn “məxməri inqilabı”la demokratik qüvvələrin iqtidara gəldiyini bildirdi: “Bu, 80-cı illərin ikinci yarısından başlayan və genişlənən milli demokratik inqilabın məntiqi yekunu idi. Proses milli qüvvələrin hakimiyyətə gəlməsi ilə həmin mərhələ başa çatdı. Eyni zamanda, dünyada ilk dinc xarakterli inqilab oldu. Elçibəyin hakimiyyətə gəlməsi, xarici və daxili siyasətdə atılan addımlar sonrakı mərhələlərdə müsbət rol oynadı. İqtidarlar dəyişsə də, dövlət xətti dəyişməz olaraq qaldı. Bunlar həmin hadisələrin nəticələrindən biri idi”.
15 may hadisələri vaxtı AXC sədrinin müavini olmuş İsgəndər Həmidov həmin dövrü tariximizin ən şərəfli illəri sayır: “1988-92-ci illəri Azərbaycanın ən şərəfli dövrü sayıram. Ölkəmizdə əvvəl meydan, sonra milli azadlıq hərəkatı başladı. İndiyə qədər ən fəxr etdiyim hadisə ölkəmizin müstəqil olmasıdır. Azərbaycanı sevənlərin ən böyük arzusu idi. Ayaz Mütəllimov öz ərizəsi ilə istefa vermişdi. Konstitusiyada xəstəliyi ilə əlaqədar istefa vermək hüququ var idi. Bu hüquqdan istifadə etmişdi. Amma təzədən geri qayıtmaq konstitusiyada yox idi. Onun yenidən qayıdışı qanunsuz idi. Xalq ayağa qalxdı və konstitusiyanın pozulmasına imkan vermədi”.
Sabiq daxili işlər naziri hazırda ölkəmizdə bu cür inqilabın olacağına inanmır: “Bu dəqiqə Azərbaycanda tam başqa bir vəziyyətdir. O vaxt ölkəmizdə məqsəd, məram var idi. Hamı bunun uğrunda vuruşurdu. Sonda da nəticəyə nail olduq. İndi məqsəd hakimiyyətdaxili demokratiya uğrunda mübarizədir. Belə inqilablara nə şərait, nə də zaman var”.
Milli Demokrat (Bozqurd) Partiyasının Siyasi Şurasının üzvü Səfər Hümbətov əsgər olaraq 23 il öncəki hadisələrə qoşulub: “Milli Ordunun əsgəri kimi bu proseslərə qatıldım. Özümlə bərabər döyüşçü yoldaşlarım da iştirak edib. Bakıda bu məsələnin həll olunmasında iştirak etdik. Həmin dövrdə Qarabağda gedən əməliyyatlar uğurla nəticələnmirdi. Xəyanətlərlə dolu olan proseslər baş verirdi. Onda düşündük ki, Azərbaycanın taleyi Qarabağda yox, Bakıda həll olunur. Bu düşüncə ilə Bakıya gəldik. Çox şükürlər olsun ki, dinc bir inqilab oldu. Yaddaşımda həmin hadisələr xoş qalıb. Çünki konstitusiyamızın möhkəmlənməsi kimi prosesdə iştirak etdik. Müstəqilliyimizin tam bərqərar olması kimi bu inqilabı qələmə versək, daha doğru olar”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.