banner
banner

Sosİal

Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin rüsumu açıqlanıb

Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin rüsumu açıqlanıb

“Dövlət rüsumu haqqında” Qanuna əsasən, taksi fəaliyyəti göstərmək istəyənlərə buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125 manat, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.

Cia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Küləkli hava nə vaxtadək davam edəcək?

Milli Hidrometeorologiya Xidmətinin mayın 01-i saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.

Bu həftə 6 gün işləyəcəyik?

Bu il 9 May - Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir.

Sürücülərin diqqətinə: Bu halda polis sizə cərimə yaza bilməz

Sürücünün yolda piyadaya yol verərkən, başqası ona güzəşt etdiyi halda "təşəkkür" bildirərkən və s. belə hallarda qəza dayanma işıqlarını yandırmasına görə cərimə yazıla bilərmi? Buna görə sürücüyə cərimə yazıla bilməz. Qəza dayanma işıqlarından (dönmə işıqlarından) bu məqsədlə istifadə nəzərdə tutulmasa da, bunu edənlərə heç bir cərimə yazmaq olmaz. Əksinə, bu, bəzən əlavə diqqət çəkən bir üsuldur, normal qarşılanmalıdır, çünki buna ehtiyac olmasa da, problem də deyil.