banner
banner

Gündəm

FHN-nin dəstə rəisi işdən niyə çıxarılıb? - İDDİA

FHN-nin dəstə rəisi işdən niyə çıxarılıb? - İDDİA

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin dəstə rəisi Toğrul Məmmədov işdən çıxarılıb.  Cia.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, onun işdən çıxarılmasına səbəb kimi rəhbərliklə aqressiv davranış, geyim formasını pozması, şəxsi avtomobilini deponun qarşısında saxlamaqla yanğınsöndürən maşınların giriş-çıxışına manel olması göstərilib.

Toğrul Məmmədov isə bu ittihamlarla razılaşmayaraq məhkəməyə müraciət edib. O, Bakı İnzibati Məhkəməsində FHN-ə qarşı işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlı iddia qaldırıb. İşə hakim Bəhlul Cəlalovun sədrliyi ilə baxılıb.

Məhkəmə prosesində də Torğul Məmmədovun işdən çıxarılması kimi yuxarıda qeyd etdiklərimiz göstərilib. İddiaçı isə deyilənlərin əsassız olduğunu bildirib.

Bununla belə, Toğrul Məmmədovun iddiasını təmin edilməyib. Lakin onun geri çəkilmək niyyətində olmadığını, qərardan apellyasiya şikayəti verəcəyi bildirilir. 

Bayram günləri olduğundan məsələ ilə bağlı FHN-dən mövqe öyrənmək mümkün olmayıb. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.