Bakıda bir çox sərnişin avtobuslarının hərəkət istiqaməti yenə dəyişdirilib. Bakı Sərnişin Nəqliyyat MMC-dən verilən məlumata görə, bu gündən etibarən bir çox sərnişin avtobusları artıq “20 yanvar” metrosu yaxınlığına buraxılmayacaq. Həmin avtobuslar bu gündən etibarən “20 yanvar” ərazisinə baraxılmayan avtobuslar Beynəlxalq Avtovağzalın əraziinə qədər işləycək.
Qeyd edək ki, bu gündən etibarən 91, 92, 135, 119, 114, 215, 130, 159, 156, 169, 151, 114, 153, 167, 158 saylı avtobuslar "20 yanvar" dairəsinə buraxılmayacaq. Həmin marşrutlar Bakı beynəlxalq avtovağzalı ərazisinə qədər hərəkət edəcəklər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.