banner
banner

Təhsİl

Müəllimlərə şad xəbər

Müəllimlərə şad xəbər

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müvəqqəti qaydalar təsdiq olunub.

Nazirlikdən verilən məlumata görə, qaydalara əsasən, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi (qarışılıqlı razılıq əsasında) prosesi ildə bir dəfə tədris ilinin sonunda təsdiqlənmiş vakansiyalara uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçiriləcək.

Müəllimlər iş yerini diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişmək imkanı əldə edəcəklər.

Məlumat üçün bildirək ki, müəllimlərin yerdəyişməsi Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq həyata keçiriləcək.

Müəllimlərin yerdəyişməsi ilə bağlı qaydalarla buradan tanış ola bilərsiniz.

milli.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün bir çox məktəblərin 10-11-ci siniflərində normal tədris prosesi pozulub, sistematik dərslər keçirilmir. Bu siniflərin əksər şagirdləri repetitor yanına gedirlər. Az sayda şagird tapmaq olar ki, onlar repetitor yanına və ya kurslara getmirlər. Bunun da əsas səbəbi ailələrinin maddi durumunun çətin olmasıdır. Maraqlı tərəfi budur ki, dərs keçilməyən məktəblərdə də şagirdlərin dərsə gündəlik gəlməsi tələb olunur. Əks halda “qayıb” yazırlar, sonra da qayıbın “silinməsi ” asan başa gəlmir.

Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-Pullar paylanıb, ancaq…

Bəlli olduğu kimi, Elm və Təhsil Nazirliyi ötən ilin dekabr ayında “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlayıb. Müsabiqə nəticəsində 17 təşkilatın layihəsi qalib elan edilib. Müsabiqənin nəticələri açıqlandıqdan sonra qalib layihələr sosial şəbəkələrdə, mediada ciddi müzakirələrə və tənqidlərə səbəb oldu.