Həbsdə olan jurnalistlər Prezidentə müraciət etdi - ƏFV ÜÇÜN...
Həbsdə olan jurnalistlər İlqar Atabəyli və Sənan Həsənoğlu Prezdient İlham Əliyevə müraciət edib. Bu barədə Reportyor.info-ya jurnalistlərin yaxınları bildirib. İlqar Atabəyli və Sənan Həsənoğlu müraciətlərində may ayında gözlənilən əfv sərəncamının onlara da şamil olunmasını xahiş edirlər: “Cənab Prezident, artıq 3 ilə yaxındır ki, həbsdəyik. Ailəmizin yeganə qazanc gətirəni bizik. Bu müddət ərzində ailəmiz xeyli çətinliklər yaşayıb və yaşamaqdadır. Cənab Prezident, Sizin humanist bir şəxs olduğunuz sirr deyil. Demək olar ki, hər il təqmivin əlamətdar günlərində əfv sərəncamı imzalayırsınız. Yüzləlrə insana, ailəyə sevinc bəxş edirsiniz. Bu il də əfv sərəncamı imzalayacağınız barədə məlumatlar yayılıb. Biz də Sizin humanistliyinizə sığınıb bu sərəncamdan yararlanmaq istəyirik. Ümid edirik və inanırıq ki, bu dəfə bizə və ailəmizə belə bir sevinc qismət olacaq”. Xatırladaq ki, Sənan Həsənoğlu vaxtilə AzTV-də və digər televiziya kanallarında Qarabağ bölgəsi üzrə müxbir vəzifəsində çalışıb və 2016-cı ilin “Aprel döyüşləri” zamanı bu şəxsin fəaliyyəti hərbi komandanlıq tərəfindən fədakar jurnalist kimi də qiymətləndirilib. İlqar Atabəyli isə, media cameəsində özünün istedadı, bacarığı, yüksək potensialı və s. ilə ad-san çıxaran qələm əhli olaraq tanınıb. Ailənin yeganə qazanc gətirəni olan Sənan Həsənoğlu, 1-ci Qarabağ Müharibəsinin iştirakçısı olmaqla bərabər, həbs olunduğu vaxta qədər ağır cərrahi əməliyyat olunub və ürək nahiyəsinə 7 ədəd stend də qoyulub. İlqar Atabəyli də oxşar qaydada ailənin yeganə qazanc gətirəni olub və onun himayəsində azyaşlı övladları var ki, onlardan biri ağır xəstədir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.