banner
banner

Krİmİnal

Cəlilabadda əməliyyat: Qohumlar saxlanıldı

Cəlilabadda əməliyyat: Qohumlar saxlanıldı

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar.

Cia.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinlərinə məxsus 8 baş inək və camışın örüş sahələrindən oğurlanması barədə polisə məlumat daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuşlar Ramil Sadıqov və qohumu Raul Quliyev saxlanılıblar.

Hazırda onların digər analoji əməllərinin olub-olmadığı araşdırılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Qusar rayonunda ekoloji hüquqpozmaların törədilməsi və digər qanun pozuntuları üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluqda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Məşhur aktrisa SAXLANILDI - FOTO

Türkiyənin ən çox izlənən “Kızılcık Şerbeti” serialında 'Nilay' obrazını canlandıran Feyza Civelek narkotik sifarişi etdiyi üçün polis tərəfindən saxlanılıb.