banner
banner

Dünya

SON DƏQİQƏ! Helikopter qəzasında ölənlərin adları açıqlandı

SON DƏQİQƏ!

Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.

Cia.az xəbər verir ki, İran mediası qəzada həlak olanların adlarını açıqlayıb.

Belə ki, yayılan ilkin məlumata görə, İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rəhməti helikopter qəzasında həlak olub.

"Mehr" Xəbər Agentliyi Şərqi Azərbaycan vilayətində helikopter qəzası nəticəsində Prezident İbrahim Rəisinin ölməsi xəbərini təsdiqləyib. SEPAH-a bağlı bəzi Telegram kanalları da bu xəbəri təsdiqləyib.

Qeyd olunub ki, helikopterdə bəzi cəsədlər yanıb və kimliyini müəyyən etmək mümkün deyil.

 

 Hüseyn Əmir Abdullahiyan

 

Malik Rəhməti



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.