Bakıda, Salyan şosesində (“Ramada” otelinin yaxınlığı) oliqarxların və məmurların villalarının söküntüsünə başlanılıb. İndiyə qədər yeni velotrek ətrafında artıq 10-dan artıq dəbdəbəli villa sökülüb. Villaların və bağ evlərinin söküntüsü hazırda da davam edir. Əraziyə xeyli sayda inşaatçılar və texnika cəlb olunub. Hakimiyyətin onlarla dəbdəbəli və bahalı villanın sökülməsinə hansı səbəbdən qərar verməsi məlum deyil. Hadisə yerindən yaxın vaxtlarda geniş reportaj təqdim edəcəyik.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.