banner
banner

Sosİal

Salyanda ağır qəza: xəsarət alanlar var

Salyanda ağır qəza: xəsarət alanlar var
Salyanda yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

Cia.az  publika.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb və piyada, rayonun Qarabağlı kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Layiq Faiq oğlunu vurub.

Qəza nəticəsində piyada, avtomobildə olan rayonun Qarabağlı kənd sakinləri, 1979-cu il təvəllüdlü Mustafayev Rauf Zabil oğlu və onun qardaşı, 1981-ci il təvəllüdlü Mustafayev Zamin Zabil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.