banner
banner

Gündəm

Əli Əhmədovun yerinə bu nazir gətirilir

Əli Əhmədovun yerinə bu nazir gətirilir
 
   

Hökumətin əsas simalarından biri - Baş nazirin müavini Əli Əhmədov yaxın günlərdə tutduğu vəzifə ilə vidalaşacaq. Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində namizədliyi hakim Yeni Azərbaycan Partiyası(YAP) tərəfindən irəli sürülən qocaman YAP-çı seçkinin nəticələri rəsmiləşəndən sonra qanunvericiliyin tələbinə uyğun olaraq postunu təhvil verəcək. Cia.az Yenisabah.az-a istinadla xəbər verir ki, növbədənkənar parlament seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənəndən sonra Baş nazirin müavini postuna yeni təyinat olacaq. Hazırda bu vəzifəni tutmağa ən şanslı namizəd Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sayılır. Hökumətin ən nüfuzlu üzvlərindən biri olan Babayevin hakimiyyət iyerarxiyasında daha da yüksələcəyi gözlənilir.

Qeyd edək ki, Muxtar Babayevi əvəzləyəcək şəxsin kimliyi də məlumdur. İddialara görə, onu birinci müavini Rəşad İsmayılov əvəzləyəcək.

 

Xatırladaq ki, Rəşad İsmayılov ixtisasca hüquqşünasdır. O, Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.