Cəlilabad rayonunun 19 yaşayış məntəqəsində qaz təchizatında fasilə olacaq.
Cia.Az xəbər verir ki, 25 sentyabr saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək 19 yaşayış məntəqəsi üzrə 13 171 abonentin (Cəlilabad şəhəri, Uzuntəpə, Sərhədabad, Əliabad, Məşədivəlli, Seyidbazar, Hasıllı, Hacıismayıllı, Astanlı, Suluçeşmə, Fərzili, Abdullu, Zopun, Cəfərli, Həsənli, Çünəxanlı, Muğan, Maşlıq və Söyüdlü kəndləri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.