banner
banner

Gündəm

Ali Məhkəməyə yeni hakimlər təyin edilir

Ali Məhkəməyə yeni hakimlər təyin edilir

Ali Məhkəməyə yeni hakimlər təyin edilir.

Cia.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bir sıra məhkəmələrin hakimlərinin təyinatı ilə bağlı təqdimat”da əksini tapıb.

Layihəyə əsasən, İlqar Cəfərov, Sərvər Vəliyev, Raqib Qurbanov, Vüsalə Baxışova və Rəşad Həsənov Ali Məhkəmənin hakimləri təyin ediləcəklər.

Qeyd edək ki, İlqar Cəfərov 2020-2024-cü illərdə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi olub, Sərvər Vəliyev isə 2022-ci ildən Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Mülki və iqtisadi qanunvericilik sektorunun müdiridir. Raqib Qurbanov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Vüsalə Baxışova 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi, Rəşad Həsənov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimidir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.