banner
banner

Gündəm

Nail Abdullayevin şəxsi hesabına pul yığılır? Azəriqaz İB qarşısında aksiya – Video

Nail Abdullayevin şəxsi hesabına pul yığılır? Azəriqaz İB qarşısında aksiya – Video

Ötən gün bir qrup abonent yağışlı hava şəraiti olmasına baxmayaraq “Azəriqaz” İstehsalat Birliyi binasına gələrək sökülən sayğaclarını tələb edib, rəhbərlikdən bu əmələ görə cavab verməsini istəyib. AzTimes.az xəbər verir ki, qurum rəhbərliyinin dəyişməsi ilə sayğacların kütləvi söküntüsünə start verilib. Bu isə bir çox ərazilərdə podratçı şirkətlərlə sakinlər arasında narazılıqların yaranmasına səbəb olub. Yeni rəhbərlik Ruslan Əliyev dövründə verilən Texniki Şərtlərin əksərini etibarsız elan edib. Uzun müddətdir verilən sayğacları kodlaşdırmaqdan imtina edib. Bunu sənədlərə vurulan möhürün saxta olmasi ilə izah edib. Podratçı şirkətlər isə öz növbəsində bununla razılaşmır. Onlar deyir ki, bu bizim yox, “Azəriqaz” İB-nin problemidir. Şirkət rəhbərləri və əməkdaşları iddia edir ki, yeni rəhbərlik bazadan sənədləri məqsədli şəkildə siliblər Podratçı şirkətlərə ödəniş edilmiş sayğac görə Asan xidmətdə yenidən ödəniş etmək tələb olunur. Bundan əlavə olaraq 40 AZN ödəniş tələb olunur. Vətəndaşlar 40 manat məbləgin ödənilməsi üçün onlara Azəriqaz əməkdaşları tərəfindən şəxsi hesab vərəqələri paylaşdığını bildirir. Azəriqaz rəsmisi Eldəniz Vəliyev isə bıldırirki, rəhbərlik bu vərəqələrdən məlumatsızdır. Mövzuya yenidən qayıdacağıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.