banner
banner

Gündəm

Nərgiz Yaqublunun körpəsindən xəbər var

Nərgiz Yaqublunun körpəsindən xəbər var

“Nərgizin oğlu artıq palataya köçürülüb. Yaxşılaşır, böyüyür, çəkisi artır. Həkimlər deyir ki, həyatı təhlükəsi yoxdur”. 

Cia.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a açıqlamasında aprelin 23-də ağır xəstəlikdən Tomskda vəfat edən gənc fəal Nərgiz Yaqublunun bacısı Nigar Yaqublu deyir. 

Nigarın sözlərinə görə, körpəyə Nərgizin seçdiyi adı qoyublar: “Nərgiz Kənan adını çox bəyənirdi. Körpənin cinsiyyəti bəlli olandan sonra deyirdi ki, bu adı qoyacaq. Atası artıq adı rəsmiləşdirib”.

Həkimlərin ailəyə verdiyi bilgiyə görə, yarımçıq doğulan körpənin inkişafı normal gedir. Aprelin 15-də 7 aylıq 1 kq 160 qr doğulan körpənin çəkisi indi 1,5 kiloqramdır: “Küvezdən (yeni doğulmuşların içərisində saxlandığı xüsusi aparat – red.) çıxarıldıqdan sonra ağ ciyərləri də, digər orqanları da sərbəst çalışır. Hələlik çənə sümükləri möhkəmlənmədiyi üçün süni yolla qidalanır. Çəkisində gündə 20-50 qram artım olur”.

Körpənin problemləri yalnız yarımçıq doğulması ilə bağlıdır. Aparılan çoxsaylı analizlər anasının xəstəliyinin körpəyə keçmədiyini göstərib. Yaqublu ailəsindən onu da bildirirlər ki, körpə atasının ailəsi ilə Tomska yaşayacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.