"Həyat yoldaşım işi ilə əlaqədar gecə 3-4-də evə gəlir. O vaxta qədər mən də yuxusuz qalıram".
Cia.az-ın anspress-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin tanınmış müğənnisi, Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuş "Sən tək deyilsən" verilişində deyib.
O bildirib ki, Xoşqədəm Hidayətqızını Türkiyəyə aparmaq istəyir.
"Mənim İstanbulda işlərim var. Bu yaxınlarda albom çıxaracam. Serialdan təklif almışam. Məcburən İstanbulda qalmalıyam və istəyirəm ki, həyat yoldaşım da yanımda olsun. Səhər yeməyi tək yeyirəm, gecə saat 3-4-ə qədər oyaq oluram. Xoşqədəmin işinə görə bir yerdə az vaxt keçiririk. Mən də ata olmaq istəyirəm. Ona şərt də qoymuşam ki, əşyalarını toplasın İstanbula gedirik", - deyə müğənni bildirib.
Doğuşun bu sözlərinə cavab olaraq Xoşqədəm deyib ki, bu barədə fikirləşib qərarını açıqlayacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.