Təyyarə qəzaları buna görə çoxalıb? - TƏƏCCÜBLƏNDİRƏN MƏQAM
Son dövrlərdə təyyarə qəzalarının artması suallar doğurur. Əsasən texniki nasazlıqlar, pilot səhvləri və hava şəraiti kimi faktorlarla izah edilən bu hadisələr, son dövrlərdə fərqli bir perspektivdən də müzakirəsinə rəvac verib. Kiberhücumların aviasiya təhlükəsizliyinə təsiri ehtimallara daxil edilməyə başlanıb.
Kiberhücumların aviasiya sahəsindəki təsirləri həqiqətən böyükdür, yoxsa bu sadəcə texnologiyanın gətirdiyi labüd şübhələrdən biridir?
Hurriyyet.az məsələni informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayevlə müzakirə edib. Ekspert bildirib ki, rəqəmsallaşma inkişaf etdikcə, kiberhücumların sayı da artır:
“Hava gəmilərinə, hava yollarına edilən kiberhücumlar da çoxalır. Bu barədə tam dəqiq məlumat vermək qəliz məsələdir. Çünki texniki nasazlıq və qəza hallarının kiberhücumlardan meydana gəldiyini araşdırmaq lazımdır. Bu isə başqa bir məqamdır. Lakin bu səbəblərin içində kiberhücumlar da yer alır”.
İKT mütəxəsisi kiberhücumların hava yollarına necə təşkil edilməsi barədə danışıb:
“Hava yollarına edilən kiberhücumlarla təyyarələrin istiqamətini, koordinatlarını və uçuş müddətlərini dəyişmək olur. Sözügedən proses isə sistemə zərərli fəaliyyət yeridilməklə həyata keçirilir. Ola bilər ki, həmin sistemin şəbəkəyə əlaqəsi var və birbaşa şəbəkədən oraya müdaxilə olsun. Digəri isə hər hansı bir sosial mühəndislik və şəxs vasitəsilə zərərli proqram təminatının sistemə yeridilməsi ilə baş verir. Proqram təminatı bütün məlumatları qarşı tərəfə ötürə bilər. Buna virus deyilir”.
A.Rzayev kiberhücumların təməlində dayanan faktorları sadalayıb:
“Sistemdə boşluq olma ehtimalı da kiberhücumlara səbəb ola bilir. O boşluqdan istifadə edərək digər sistemlərə keçid edilib və bununla da hava yollarına müdaxilə edilir.
Müxtəlif metodlarla kiberhücumlar təşkil olunur. Bu və ya digər yollarla kiberhücumlar həyata keçirilir. Kiberhücumlar insan faktoru və sistemdə yaranmış boşluqlar səbəbindən ortaya çıxır. Əgər həmin boşluq vaxtında aradan qaldırılmazsa, kiberhücum baş verə bilər”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.