Neftçalanı "abadlaşdıracaq" şirkətin 154 min borcu var
Neftçala Rayon İcra Hakimiyyəti abadlıq və mənzil fondunun əsaslı təmir işləri ilə bağlı keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.
Cia.az xəbər verir ki, müsabiqənin qalibi Avtoyoltikintiservis MMC seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 254 237,76 manatdır.
Sözügedən şirkət ötən il də Neftçala Rayon İcra Hakimiyyətinin daxili yolların əsaslı təmiri ilə keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 963 234,32 manat olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, Avtoyoltikntiservis MMC 16 mart 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 195, mənzil 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ramin Adil oğluMəmmədovdur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. Avtoyoltikintiservis MMC-nin nə əlaqə telefonları, nə də internet səhifəsi var.
Əsasən abadlıq-quruculuq, yolların, mənzil fondunun təmiri işlərini həyata keçiriən şirkətin maddi-texniki cəhətdən hansı imkanlara sahib olduğu bəlli deyil.
Bununla belə, Avtoyoltikintiservis MMC xüsusilə yerli icra hakimiyyəti orqanlarının sevimli şirkətidir. MMC 2022-2025-ci illərdə 33 tenderin qalibi seçilib. Bu tenderlər əsasən yol təmirləri və abadlıq işləri ilə bağlı olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 9 341 264,44 manat olub.
Neftçala Rayon İcra Hakimiyyəti 2 il ərzində şirkətə 2 622 867,33 manatlıq sifariş verib.
Yeri gəlmişkən, Avtoyoltikintiservis MMC-nin külli miqdarda vergi borcu var. Şirkətin bu günə olan vergi borcu 154 684,64 manat təşkil edir.
"Dövlət satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsində qeyd edilir ki, təchizatçının vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.