banner
banner

Gündəm

Emin Ağalarov: "150-200 milyon dollar məbləğində zərər çəkdik"

Emin Ağalarov: "150-200 milyon dollar məbləğində zərər çəkdik"

Cia.az xəbər verir ki, "Аgalarov Development" şirkətinin prezidenti, "Crocus Group" şirkətinin sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov 2024-cü il martın 22-də, Moskva ətrafındakı Krasnoqorsk rayonunda yerləşən "Krokus Siti Holl"da törədilmiş terror aktı nəticəsində təqribən 150-200 milyon dollar civarında zərər çəkdiklərini bildirib.
Emin Ağalarov "RİA Novosti" agentliyinə müsahibəsində deyib: "Biznes baxımından danışsaq, bu bütün "Crocus Group" şirkəti üçün dağıdıcı effekt idi. Çünki terror aktından sonra ərazidəki bütün obyektlərin işi iflic oldu və oraya gedənlərin sayı azaldı".
Ağalarov konsert zalının gəlirli biznes olmadığını qeyd edib. Ən qazanclı ildə 1 milyon dollar gəlir gətirdiyini, bərpanın nəhəng maliyyə resursları, on milyonlarla dollar tələb elədiyini, indiki reallıqda bu qədər çox pulun hansı mənbədən götürməyin aydın olmadığını deyib.
Xatırladaq ki, ötən il martın 22-də "Krokus Siti Holl"da terror aktı törədilib. Dörd nəfər silahlı terrorçu "Piknik" qrupunun konsertinə gəlmiş tamaşaçıları atəşə tutub. Terrorçular bundan sonra zalı yandırıblar. Cinayətkarlar 145 nəfəri qətlə yetirmiş, 500 nəfərdən artıq insanı yaralamışdılar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.