Aktrisa Fəxriyyə Evcən 68-ci Kann Film Festivalına qatılıb. Dünya ulduzlarının da iştirak etdiyi tədbirə aktrisa “Tom Ford” imzalı libas geyinib. F.Evcən “L’Oréal Paris”in “Türkiyə gözəllik elçisi” kimi qırmızı xalıya çıxıb. Aktrisa festivalda Eva Lonqoriya, Nataşa Poli, Aişvariya Rayla bir araya gələrək söhbət edib.
Fəxriyyə Keyt Blanşettin baş rolda çəkildiyi “Carol” filminin nümayişinə də qatılıb. Kann Film Festivalına ilk dəfə getdiyini deyən F.Evcən çox gözəl görünməyin əsas məqsədi olduğunu vurğulayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.