Türkiyədə yaşayan müğənni İradə İbrahimova “Without shoes” – “Ayaqqabısız bir gün” aksiyasında iştirak edib. Sənətçi İnstaqramda ayaqyalın fotosunu paylaşanlar sırasına qoşulub. “Aksiya 3 gün sonra bitir. İstədim ki, mənim də bu işdə bir payım olsun. Ehtiyacı olan uşağı sevindirmək savabdır. Hər bir şəxsin bu aksiyaya qoşulmaq hüququ var” – deyə, İ.İbrahimova bildirib.
Qeyd edək ki, "Toms" markası hər bir paylaşmanın müqabilində bir kimsəsiz uşağı ayaqqabı ilə təmin edir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.