banner
banner

Gündəm

“Yanğında 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb”:- Zakir Qaralov

“Yanğında 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb”:-

Hadisəyə binanın üzlüyünün keyfiyyətsiz olması səbəb olub.

Baş prokuror Zakir Qaralov hadisə yerində jurnalistlərə açıqlama verib. Baş prokuror bildirib ki, yanğın nəticəsində 4 nəfər ölüb, 14 nəfər isə müxtəlif formalı xəsarətlər alıb. Hadisə yerinə cəlb olunmuş FHN-nin yanğınsöndürənlərindən bir neçəsi isə tüstüdən zəhərlənib. 

Z.Qaralovun sözlərinə görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisə ilə bağlı birgə istintaq qrupu yaradıb və müstəntiqlər artıq araşdırmaya başlayıb. Baş prokuror deyib ki, ilkin ehtimallara görə yanğının baş verməsinə binaya çəkilmiş üzlük materialının keyfiyyətsiz olması səbəb olub. Onun  sözlərinə görə, artıq binanın üzlənməsi ilə bağlı bütün təhvil-təslim sənədləri istintaq qrupu tərəfindən götürülüb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.