banner
banner

Sosİal

“Sakinlərə bugünlük 1000 manat kompensasiya veriləcək”:- Hacıbala Abutalıbov

“Sakinlərə bugünlük 1000 manat kompensasiya veriləcək”:-

"Yanğınla əlaqədar evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək".

Bunu bu gün Bakıda yanğın baş verən yaşayış binasının sakinləri ilə görüşündə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

Hadisə yerinə baş çəkən icra başçısı sakinlərlə söhbət edib.

H.Abutalıbov bildirib ki, yanğın səbəbindən bu gün evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək: "Evləri tam yanmış bütün sakinlər ayrı-ayrı yerlərdə - 10 xüsusi villa, koteclər, eləcə də sanatoriyalarda müvəqqəti yerləşdiriləcək".

Onun sözlərinə görə, dəyən ziyandan asılı olmayaraq, sakinlərə bu günlük 1000 manat kompensasiya veriləcək: "Sabaha qədər dəyən ziyanın orta məbləği müəyyən ediləcək. Evi yananlara ən yüksək məbləğ veriləcək. Həmçinin məktəbə gedən uşaqlar üçün avtobuslar təşkil olunacaq".

H.Abutalıbov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi hazırda araşdırma aparır: "Əgər binanın yararsız olması barədə rəy verərsə, bina tam söküləcək, əksinə, yararlı olduğu bildirilərsə, bina yüksək səviyyədə təmir olunacaq, hər cür ev əşyaları və avadanlıqlarla təmin edilərək sakinlərin ixtiyarına veriləcək".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.