Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı həbs edilib.
Cis.az-ın məlumatına görə, bu barədə Şəki Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.
Məhkəmənin hökmü ilə nazirliyin tabeliyində "DOST" Mərkəzinin nəzarətçi köməkçisi vəzifəsində işləyən şəxs 3 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Nazirlik əməkdaşı həmkəndlisini ölümcül döyməkdə ittiham olunur. Belə ki, təqsirləndirilən şəxs Balakən rayonunun Kortala kəndindəki şadlıq sarayında keçirilən toy məclisində həddindən artıq spirtli içki qəbul edərək həmkəndlisi ilə mübahisə edib. Mübahisə zamanı o, həmkəndlisinin baş nahiyəsinə ağır xəsarətlər yetirib.
Yaralı xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunub.
Faktla bağlı cinayət işi başlanıb və nazirlik əməkdaşı məsuliyyətə cəlb edilib.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.