Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
Sumqayıtda 30 nömrəli məktəbdə xoşəqəlməz hadisə yaşanıb.
Cia.az məlumat verir ki, Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəbdə “Son zəng” də məzunlar rəqs zamanı əyləncə üçün rəngli tüstü istifadə ediblər.
Bu səbəbdən Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəbin direktoru Fəridə Cəlilova tədbiri dayandıraraq polisə səslənərək məzunları niyə gəlib aparımırsız sualı verib. Daha sonra direktor heç də müəllim adına yaraşmayan tərzdə məzunları təhqir edərək “alcaq” adlandırıb və tədbiri sonlandıraraq valideynlərə bildirib ki sizinlədə qurtardıq gedirik evə və beləcə məzunların “Son zəng”i bitirib.
Məsələ ilə bağlı məktəb direktoru Fəridə Cəlilovadan heç bir açıqlama almaq mümkün olmadı. Fəridə Cəlilovanında fikirlərini dərc etməyə hazırıq. (Xalq.online)
Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.
2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesində ən yüksək uğur göstəricisi texnologiya fənnini tədris edən müəllimlər arasında qeydə alınıb.
Yeni tədris ilinin başlanmasına iki aydan çox vaxt qalsa da, valideynləri indidən maraqlandıran əsas məsələ məktəbli formalarının qiymətidir. Bəs bu il qiymətlərdə dəyişiklik gözlənilir?
Ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.