banner
banner

Sosİal

Güclü külək, yağış, dolu... — XƏBƏRDARLIQ

Güclü külək, yağış, dolu... — XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 21-24-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Cia.az xəbər verir ki, gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
İyunun 21-gündüzdən 24-dək Bakı və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti müşahidə olunacaq.
Naxçıvan MR, Ağstafa, Qazax, Gəncə, Samux, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Daşkəsən, Naftalan, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı, Yevlax, Laçın, Şabran, Şəki, Zaqatala, Balakən, Qax, Siyəzən, Xızı, Qobustan, Qusar, Sabirabad, Salyan, Ağdərə, Ağdam, Bərdə, Tərtər, Neftçala, Lerik, Yardımlı, Biləsuvar, Masallı, Hacıqabul, Saatlı, Şirvan, Lənkəran, Astara, Cəlilabad, Mingəçevir, Xaçmaz, Füzuli, İmişli, Beyləqanda, eyni zamanda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.