6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: Lənkəranda su borusu təmirinə görə
Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 2 nömrəli nasos stansiyasından çıxan D=720 mm-lik təzyiqli borunun 1.9 km-lik hissəsinin təmiri üçün "İNVESTAZ" MMC ilə müqavilə bağlayıb.
Cia.az xəbər verir ki, müqavilə 429.000 AZN məbləğindədir.
Qeyd edək ki, tenderin qalibi olan "İNVESTAZ" MMC-nin nizamnamə kapitalı cəmi 6 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elşən Qafarov Rəhmət oğludur. Hüquqi ünvan isə Təzəkənd kəndi, rayon ərazisində qeyd olunub.
Satınalma Dövlət Su Meliorasiya və İrriqasiya sistemləri üzrə aparılsa da, qalib şirkətin maliyyə və texniki göstəriciləri suallar doğurur.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.