banner
banner

Gündəm

Xəzər dənizinin səviyyəsi rekord həddə endi

Xəzər dənizinin səviyyəsi rekord həddə endi

Xəzər dənizinin səviyyəsi bütün müşahidə dövrü ərzində ən aşağı həddə enib.

Cia.az xəbər verir ki, bu barədə Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq və Okeanoqrafiya İstitutunun Volqa-Xəzər bölməsi məlumat yayıb.

Dəniz səviyyəsinin enməsi xüsusən ən dayaz şimal hissədə, Rusiya və Qazaxıstan akvatoriyasında özünü göstərir.

Məlumatda qeyd olunur ki, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından başlayaraq enməyə başlayıb. 2020-ci ildən bəri Xəzərin səviyyəsi, demək olar ki, 0.8 metr azalıb.

"Azalma dənizdə əsas su mənbəyi olan Volqanın illik axınının zəifləməsi fonunda baş verib. Şirin su axınının azalması davam edir", - Okeanoqrafiya İnstitutunun məlumatında qeyd olunur.

Oxu.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?

Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?