Kürdəmir rayonunda yas məclislərində ehsan verilməsi yığışdırılıb.
Cia.Az xəbər verir ki, bu barədə Teleqraf-a Kürdəmir şəhər Cümə məscidinin imamı Aqil Əliyev məlumat verib.
Onun sözlərinə görə, ağsaqqallar və din xadimləri birgə belə bir qərara gəliblər.
“Artıq iki aydır ki, rayonumuzda yas məclislərində yemək verilmir. Yas məclisləri öz qaydasında təşkil olunur, halva və çay verilir, sadəcə yemək verilməsi yığışdırılıb”, - o bildirib.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.