Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama
Avqustun 2-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Qobustan rayon sakini Nuran Faiq oğlu Nuriyev tərəfindən idarə olunan “VAZ-21074” markalı, 90-CL-577 dövlət qeydiyyat nişanlı avtomobil yolun müəyyən olunmayan hissəsindən – yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Vasif qızı Əliyeva və onun 2023-cü il təvəllüdlü azyaşlı oğlunu vurub.
Hadisə nəticəsində ana və övladı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.
Yolun düzgün yerindən keçməmək – görünüşdə sadə bir qərardır. Amma bəzən bu qərar, bir ana ilə körpə övladının həyatını əlindən alacaq qədər ağır nəticə doğurur.
Baş Dövlət Yol Polisi İdarəsi bu faciəli hadisədən dərin təəssüf hissi keçirir və bir daha hərəkət iştirakçılarını xəbərdar edir: qaydanı pozaraq atılan hər addım – son addımınız ola bilər.
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.