Hədə-qorxu ilə pul tələb edən baş redaktor tutuldu - FOTO
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub.
Cia.az Manset.az-a istinadən xəbər verir ki, Zərdab rayonunda bir nəfərdən barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən “saat24.az” saytının rəhbəri, əvvəllər məhkum olunmuş Coşqun Abdullayev və rayon sakini Natiq İmamalıyev polis əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Məlumatı DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.
Bu şəxslərin əməllərindən zərər çəkənlər polisə məlumat verə bilərlər.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.