Polis Yasamalda əməliyyat keçirdi - Qardaşlar tutuldu
Narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş iki qardaş saxlanılıb.
DİN-in Mətbuat xidmətindən cia.az-a bildirilib ki, 31 yaşlı Yusif Əliyev və 33 yaşlı İlkin Əliyevin avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq marixuana tapılıb.
Yasamal Rayon Polis İdarəsində aparılan istintaqla qardaşların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdikləri məlum olub. Onlar narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdiklərini və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.