banner
banner

Gündəm

“Sədərək” ticarət mərkəzindəki yanğın davam edir

“Sədərək” ticarət mərkəzindəki yanğın davam edir

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın hələ də davam edir.

Cia.az xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin onlarla xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.

Ötən gün günorta saatlarından (11:50 radələrində-Qeyd) başlayan yanğının yayılmasının qarşısı alınıb, eyni zamanda yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin və digər anbarların mühafizəsi təmin olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Report.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?

Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?