Azərbaycanda DƏHŞƏT: gəlin qayınananı xəstəxanalıq etdi
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Referans xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Daşkəsən rayon sakini 55 yaşlı N.Paşayeva və onun oğlu O.Paşayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ana və övladı əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, N.Paşayevanı və onun oğlu O.Paşayevi gəlinləri bıçaqlayıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədova saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. //APA
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.