Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətin relyefli yüksək dağlıq və meşəlik ərazidə narkotik plantasiyası aşkar olunub.
Çətənə kollarını əkən, əvvəllər də dəfələrlə məhkum edilmiş 62 yaşlı Seyfəddin Həmzətov və 47 yaşlı Zumrat Saxrayev müəyyən olunaraq saxlanılıblar.
Əraziyə baxış keçirilərkən çəkisi 72 kiloqram olan 179 ədəd narkotik tərkibli bitki, eləcə də ov tüfəngi, soyuq silahlar və digər maddi sübutlar aşkarlanıb. Saxlanılanlar çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və qulluq göstərdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.