Abşeron rayonunda quldurluq cinayəti qeydə alınıb. Ceyranbatan qəsəbəsində naməlum şəxs gecə saatlarında zərərçəkəni kəsici alətlə hədələyərək onun içərisində mobil telefon və 270 manat olan çantasını ələ keçirib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı Z.Camalov saxlanılıb. Araşdırmalar zamanı həmin şəxsin bir neçə gün əvvəl Binəqədi rayonunda vətəndaşların birinin içərisində qızıl-zinət əşyası, mobil telefon və pul olan çantasını isə soyğunçuluq yolu ilə taladığı müəyyən edilib.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.