banner
banner

Sosİal

Bəzi rayonlarda leysan olub

Bəzi rayonlarda leysan olub

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a verilən məlumata görə, ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Balakən-Şəki zonasında yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı Balakən və Zaqatalada 54, Sarıbaşda (Qax) 20, Qubada 13, Şabranda 12, Qusarda 11, Lənkəranda 8, Astara, Yardımlı, Bərdə, Cəlilabad, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Şəki,Tovuz, Oğuz, Qrız, Yevlax və Zərdabda 4 mm-dək qeydə alınıb.

Yağan intensiv yağışlar nəticəsində hazırda Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.