Ramiz Mehdiyev icra başçısının ona hədiyyə etdiyi villanı da satışa çıxarıb
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev daha bir villasını satışa çıxarıb.
Cia.az-ın məlumatılna görə, Şüvəlan bağları, Gülçülük Soxvozu adlanan elit ərazidə inşa edilmiş 1000 kv sahəsi olan villa 1 milyon 300 min manata satışa çıxarılıb.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, həmin villa bir neçə əvvəl Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Gülağa İslamov tərəfindən Ramiz Mehdiyevə hədiyyə edilib.
Məlumatda o da qeyd olunur ki, bu villa Mehdiyevin kürəkəni İlham Əliyevin adına sənədləşdirilib.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.