Qarabağa böyük qayıdış prosesi davam edir. Sentyabrın 13-də Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan ilk köç mənzil başına çatdı. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, 67 nəfərdən ibarət 13 ailəyə müasir tələblərə cavab verən fərdi evlərin açarları təqdim olunub.
Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinlərə kənddə infrastruktur – içməli su, elektrik, qaz xətləri, yol və digər zəruri sosial obyektlərin artıq istifadəyə verildiyini deyib.
Daşbulağa qayıdan sakinlər də onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Beləliklə, Xocalının Daşbulaq kəndinə ilk köçün reallaşması Böyük Qayıdış proqramının daha bir uğurlu mərhələsi kimi tarixə düşdü.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.